Bakı. Trend:
Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun rəhbərliketdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Səfərçərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik)ilə Qazaxıstan Respublikasının “Sosial Tibbi Sığorta Fondu”arasındaicbari tibbi sığorta sahəsində əməkdaşlıq və qarşılıqlıəlaqə haqqında Anlaşma Memorandumu imzalanıb.
Trend xəbərverir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilib ki, sənədi Agentliyin İdarə Heyətinin sədri ZaurƏliyev və Qazaxıstan Respublikasının “Sosial Tibbi SığortaFondu”nun sədr müavini Saule Tajibayeva imzalayıblar.
Memorandumun məqsədi icbari tibbi sığorta sahəsində beynəlxalqəməkdaşlığı gücləndirmək, səmərəli və faydalı tərəfdaşlıqmünasibətləri qurmaq, sistemin daha da təkmilləşdirilməsinə töhfəverməkdir.
Memorandum çərçivəsində icbari tibbi sığorta ilə bağlıqanunvericilik və informasiya texnologiyalarından istifadə etməkləişin idarəedilməsi məsələləri üzrə təcrübə mübadiləsi, sözügedənsahədə müşavirə, forum və seminarların təşkili kimi məsələlərnəzərdə tutulub.
Tərəflər, Memorandum çərçivəsində müəyyən edilmiş məqsədlərinhəyata keçirilməsi üçün birgə planlar hazırlayacaq və qarşılıqlıməsləhətləşmələr aparacaqlar.