Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseydə maarifləndirmə tədbiri təşkil edilib.
“Uşaq və yeniyetmələr arasında zorakılıq hallarının qarşısının alınması və onların asudə vaxtlarının səmərəli təşkili” mövzusunda həsr edilən görüşdə müəllimlər, şagirdlər və valideynlər iştirak edib.
Tədbirin məqsədi gənc nəslin təhlükəsiz və sağlam mühitdə böyüməsi, asudə vaxtlarının faydalı keçirilməsi, həmçinin uşaq və yeniyetmələr arasında zorakılıq mövzusunda məlumatlılığın artırılmasıdır.
Çıxışlarda uşaqların və yeniyetmələrin hüquqlarının qorunması, zorakılığın təsirləri və qarşısının alınması yolları barədə ətraflı məlumat verilib. Həmçinin, şagirdlərin asudə vaxtlarını daha faydalı və yaradıcı şəkildə keçirmələri üçün müxtəlif metod və fəaliyyətlər təqdim olunub.
Sonda iştirakçılarla interaktiv müzakirələr aparılıb, diqqət edilməli olan məqamlarla bağlı tövsiyələr verilib.