AZ

Azərbaycan nar ixracından gəlirini artırıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan 2 milyon ABŞ dollarıdəyərində 2,3 min ton nar ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 526 min ABŞ dolları və ya 35,3%, həcm baxımından isə 569ton və ya 33,3% çoxdur.

Cari ilin yanvar ayında nar ixracı ölkənin ümumi ixracının0,07%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0,82%-ni təşkiledib.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan xaricə60,5 milyon ABŞ dolları dəyərində 58,1 min ton meyvə-tərəvəz ixracedilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 5,9 milyon ABŞ dolları və ya 10,7%, həcm baxımından isə8,5 min ton və ya 17,1% çoxdur.

Hesabat dövründə ixrac edilən meyvə-tərəvəz ölkənin ümumiixracının 1,99%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 24,61%-nitəşkil edib.

Məqalədə:
Seçilən
39
az.trend.az

1Mənbələr