Suriyada yeni dövr başladıqdan sonra keçid hökumətinin yeni konstitusiya hazırlığı davam edir.
Publika.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilir ki, prezident kimi fəaliyyətə başlayan Əhməd əl-Şara yeni islahat səylərini sürətləndirib və keçid konstitusiyasına dair komitə yaradıb.
Bəzi mənbələr konstitusiya layihəsində təəccüblü detalların olduğunu qeyd edib. Konstitusiyanın ilk maddələrindən biri bundan sonra Suriyada vəzifəyə gələcək dövlət başçılarından müsəlman olmaq tələbidir.
Digər maddələr aşağıdakı kimidir:
- Bəyannamənin dərcindən sonra 60 gün ərzində prezident Xalq Məclisini təyin edəcək;
- Məclisin 100 üzvü olacaq, ədalətli təmsilçilik və səlahiyyət təmin ediləcək;