AZ

Hava nəqliyyatı ilə sərnişin və yükdaşıma artıb

Bu ilin yanvar ayında hava nəqliyyatı ilə 303 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 13,1 faiz üstələyir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Cari ilin ilk ayında bu nəqliyyat növü ilə 33,7 min ton yük daşınıb. 2024-cü ilin yanvar ayına nisbətdə 7,7 faiz artım müşahidə olunub.

Seçilən
77
1
vergiler.az

2Mənbələr