“Neftçi” futbolçusu Dembo Darbonun klubdan göndəriləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Klubdan Msport.az saytına verilən məlumata görə, qambiyalı hücumçu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bildirilib ki, 27 yaşlı forvardın “ağ-qaralar”la müqaviləsi var.
Qeyd edək ki, “Neftçi” ötən ilin avqustunda afrikalı futbolçu ilə 2 illik sözləşmə imzalayıb.