AZ

Almaniyada sürücü maşını izdihamın üzərinə sürdü - 2 ölü, 25 yaralı - Video

Almaniyanın cənub-qərbində yerləşən Manhaym şəhərində naməlum şəxs avtomobilini insanların üzərinə sürüb.

“Qafqazinfo” “Bild”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, daha 25 nəfər isə xəsarət alıb. 

İnsidenti törədən şəxs saxlanılıb. Onun hadisəni bilərəkdən törətdiyi və ya bunun bədbəxt hadisə olması hələ məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şəhəri əhatəyə alıb.

Seçilən
14
3
qafqazinfo.az

4Mənbələr