AZ

FETÖ-nün akademik bölmə müdiri Kayseridə tutulub

BAKI, TurkicWorld

Kayseri polisinin keçirdiyi əməliyyat zamanı FETÖ terror təşkilatının "akademik bölmə müdiri" olduğu bildirilən və haqqında həbs qərarı olan şəxs saxlanılıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Kayseri İl Təhlükəsizlik Müdirliyinin Kəşfiyyat və Terrorla Mübarizə şöbələrinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı "FETÖ/PDY silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 7 il 6 ay həbs cəzasına məhkum edilmiş 49 yaşlı keçmiş akademik F.D. tutulub.

Məlumata görə, F.D. FETÖ-nün təşkilati rabitə proqramı olan ByLock istifadəçisi olub və təşkilat daxilində "akademik bölmə müdiri" kimi fəaliyyət göstərib. Polis qrupları şübhəlinin gizləndiyi ünvana daxil olaraq onu nəzarətə götürüb.

Əməliyyat prosedurları tamamlandıqdan sonra F.D. həbsxanaya təhvil verilib.

Seçilən
33
turkic.world

1Mənbələr