AZ

Almaniyada avtomobil insanların üzərinə sürüldü - Ölənlər var - YENİLƏNİB

Almaniyanın Mannheim şəhərində baş verən hücum nəticəsində 25 nəfər yaralanıb, vəziyyətləri ağırdır.

Adalet.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb.

Qeyd edilib ki, avtomobilin sürücüsü saxlanılıb.

Polis Mannheim şəhər mərkəzini bağlayıb.

***

16:50

Almaniyanın qərbində yerləşən Mannheim şəhərində avtomobil izdihamın üzərinə sürülüb.

Adalet.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

Hadisə nəticəsində yaralananların olduğu qeyd edilir.

Bildirilib ki, polis genişmiqyaslı əməliyyat ilə əlaqədar vətəndaşları şəhər mərkəzinə getməməyə çağırıb.

Seçilən
66
1
adalet.az

10Mənbələr