Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Donald Tramp “Ukrayna torpaqlarını Putinin Rusiyasına vermədiyini” deyib.
Hafta.az “TSN”ə istinadla xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Tramp yazıb:
“Ukrayna torpaqlarını Putin Rusiyasına verməyən yeganə prezident mənəm”.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında fevralın 28-də Vaşinqtonda keçirilən görüş qalmaqallı mübahisə ilə yekunlaşıb. Qızğın fikir mübadiləsindən sonra Ukrayna nümayəndə heyəti Ağ Evi tərk edib və faydalı qazıntılar üzrə sazişin imzalanması ləğv edilib.