AZ

İnsan hüquqları komitəsində ombudsmanın illik məruzəsi dinlənilib (FOTO)

Bakı. Trend:

Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasıkeçirilib. Komitənin sədri Zahid Oruc gündəliyə bir məsələnin -Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin(ombudsmanın) 2024-cü il üzrə məruzəsinin daxil edildiyinisöyləyib.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Komitə sədriAzərbaycanın Vətən müharibəsində qələbəsindən sonra hər bir ölkəvətəndaşının ən ali hüququ olan dogma torpaqlarında yaşamaq vəsuveren hüquqlarını gerçəkləşdirmək haqqının məruzədə öz əksinitapdığını bildirib. Qeyd olunub ki, Konstitusiyada vəqanunlarımızda təsbit olunan fundamental dəyərlərin, beynəlxalqhüquq və prinsiplərin həyata keçirilməsinə imkan verən bu Zəfərtorpaqlarımızın uzun illər ərzində işğalı nəticəsində yarananproblemlərin aradan qaldırılmasını təmin edir.

Zahid Oruc İnsan hüquqları üzrə müvəkkilin 2024-cü il üzrəməruzəsi ilə bağlı fikirlərini açıqlayaraq diqqətə çatdırıb ki,sənəddə ötən il Ombudsmanın ünvanına vədəndaşlardan 29371müraciətin daxil olduğu əks olunub. Qeyd edib ki, qaldırılanməsələlərin əhatə etdiyi sahələr, qoyulan tələblər mahiyyətcə,keçmiş dövrün problemlərindən fərqlənir. O, habelə, 916 çağrımərkəzinə il ərzində 11008 müraciətin daxil olduğunu da deyib.

Bildirilib ki, məruzədə mülki hüquqlara dair, o cümlədən mənzilfondu ilə bağlı məsələlər - əmlak alqı-satqısı, qeydiyyatla bağlıməqamlar yer alıb.

Ombudsman təsisatının insanların taleyinə biganə qalmayaraq,Suriyada əsir düşərgələrində girovluqda saxlanılanvətəndaşlarımızın ölkəmizə qaytarılması məsələsinin diqqətdəsaxladığı qeyd olunub.

Nəzərə çatdırılıb ki, milli preventiv mexanizm çərçivəsindəombudsman institutu tərəfindən mövcud vəziyyətin öyrənilməsi üçünötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyatakeçirilib.

Komitə sədri İnsan hüquqları üzrə müvəkkilin penitensiarmüəssisələrdə durumla bağlı daim təkliflər irəli sürdüyünü deyib.O, həmçinin azadlıqdan məhrumetməyə alternativ tədbirlərinəhəmiyyətini qeyd edərək, bu barədə məlumatların da göstərilməsininvacibliyi söyləyib.

Məruzədə narkoloqlar və klinik psixoloqların azlığı məsələsininyer aldığı və bununla bağlı bəzi çətinliklərin olduğu qeydedilib.

Boşanmalar məsələsinə toxunan Zahid Oruc Aliment Fondununyaradılmasının önəmindən də danışıb.

Məruzədə sosial hüquqlar sahəsində, o cümlədən ünvanlı yardımala bilməyən şəxslərin müraciətlərinə, digər şikayətlərə baxılmasıilə əlaqədar məlumatların əks olunduğu söylənilib. Bu istiqamətdəiş yerlərinin yaradılması, investisiya mühitininformalaşdırılmasının əhəmiyyətindən bəhs edilib.

Sənədə Qərbi Azərbaycana qayıdış məsələsinin daxil edildiyi,beynəlxalq əməkdaşlıq sahəsində İnsan hüquqları üzrə müvəkkilinfəaliyyəti barədə ətraflı məlumat verildiyi vurğulanıb. Bildirilibki, məruzədə, həmçinin, dövlət qurumları, vətəndaş cəmiyyətiinstitutları ilə əməkdaşlıq barədə geniş söhbət açılır. Bununlayanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəlitəmin olunması, hüquq pozuntularının qarşısının alınması,qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələr özəksini tapıb.

İclasda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı illikməruzə barədə məlumat verib. O, ombudsmanın öz fəaliyyətini şəffafşəkildə həyata keçirdiyini, ombudsmana müraciət imkanlarının genişolduğunu söyləyib.

Aparat rəhbəri vətəndaşların seçki hüququnun təminatı ilə bağlıötən il keçirilmiş növbədənkənar Prezident və parlamentseçkilərində ombudsman institutu tərəfindən yerlərdə maarifləndirməişinin aparıldığını vurğulayıb.

O, daxil olan müraciətlərdə yaşayış yeri olmayan şəxslərinqeydiyyatı ilə bağlı problemlərdən bəhs edildiyini, onların həlliistiqamətdə görülən işlərdən söhbət açıb. Mənzil sahələrininözəlləşdirilməsi məsələsinin diqqətdə saxlanıldığını deyib.

Məruzədə, habelə cəzaların icrası ilə əlaqədar məhkumların özailə üzvləri ilə görüşmək sahəsində bəzi çətinliklərlə üzləşdiyiqeyd edilib və bununla bağlı təkliflər irəli sürülüb.

Bildirilib ki, sənəddə şəxsiyyət vəsiqəsi ilə təmin edilmə,ölkədən çıxışa qoyulmuş məhdudiyyətlərin götürülməsi kimi məsələlərdə yer alıb və bu sahədə hüquqların bərpası istiqamətində zəruritədbirlər görülüb.

Nəzərə çatdırılıb ki, illik məruzədə məhkəmə qərarların icrası,o cümlədən alimentlə bağlı qərarların icrasında yaranançətinliklər, Aliment Fondunun yaradılmasının zəruriliyi, hüquqiyardımın göstərilməsi ilə bağlı məsələlərə toxunulub. Bununlayanaşı, icbari tibbi sığorta ilə əlaqədar məsələdə xidmətlərzərfininin artırılması təklif olunur. Eyni zamanda, əlilliyi olanşəxslərin hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində olduğuqeyd edilir. Habelə, vurğulanıb ki, Qərbi azərbaycanlılarınhüquqlarının müdafiəsi, onların qayıdış hüququnun təmin olunmasıilə bağlı məsələ daim gündəmdə saxlanılır, mütəmadi olaraqtədbirlər keçirilir.

Məsələ ətrafında müzakirələrdə çıxış edən komitənin sədr müaviniArzuxan Əli-zadə, üzvləri Hikmət Məmmədov, Naqif Həmzəyev, ElmanNəsirov, Razi Nurullayev, Azər Allahverənov, Sevil Mikayılova,Vüqar Rəhimzadə, Bəhruz Məhərrəmov, parlament Aparatının Dövlətquruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri HacıMirhəşim Seyid, habelə Dilarə Əliyeva adına Azərbaycan QadınHüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu,Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə,“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev,“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimaiBirliyinin sədri Əhməd Abbasbəyli, “Azad İstehlakçılar" İctimaiBirliyinin sədri Eyyub Hüseynov, Bütöv Azərbaycan Xalq CəbhəsiPartiyasının sədr müavini Niyaməddin Orduxanlı, “NeftçilərinHüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri MirvariQəhrəmanova, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramilİsgəndərli, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və TəlimMərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni öz fikirlərinibölüşüblər.

Çıxışlarda ombudsman institutunun əmək və məşğulluq, sosialtəminat, təhsil, sağlamlığın qorunması ilə bağlı hüquqların təminedilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ictimaiiştirakçılıq, hüquqi maarifləndirmə və digər sahələrdə gördüyüişlər təqdirəlayiq hesab edilib, bir sıra təkliflərsəsləndirilib.

Parlamentin İnsan hüquları komitəsinin sədri Zahid Oruc vəOmbudsman Aparatının rəhbəri Aydın Səfixanlı səsləndirilənfikirlərə münasibət bildiriblər.

Müzakirələrin sonunda Azərbaycan Respublikasının İnsan hüquqlarıüzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi qənaətbəxşhesab olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda komitənin üzvləri Tural Gəncəliyev, İmamverdi İsmayılov,Mircəlil Qasımlı, Mübariz Qurbanlı, Səyyad Salahlı, vətəndaşcəmiyyəti institutlarının nümayəndələri və digər rəsmi şəxsləriştirak ediblər.

İnsan
İnsan
İnsan
İnsan
Məqalədə:
Seçilən
93
8
az.trend.az

10Mənbələr