AZ

Uşaq məlumatları yoxlanılacaq

Böyük Britaniyanın İnformasiya Komissarlığı Ofisi (ICO) TikTok-un uşaq məlumatlarından istifadə etdiyinə görə araşdırmaya başladığını açıqlayıb.

ICO, platformaya tövsiyə olunan məzmunu müəyyən etmək üçün TikTok-un ölkədə 13-17 yaşlı uşaqların şəxsi məlumatlarından necə istifadə etdiyini araşdıracağını bildirib.

“Bu araşdırma sosial media və video paylaşma platformalarının uşaqların onlayn fəaliyyətlərindən əldə edilən məlumatlardan öz tövsiyə sistemlərində istifadə etmələri ilə bağlı artan narahatlıqlar fonunda baş verir ki, bu da gənclərə uyğun olmayan və ya zərərli məzmunun təqdim edilməsinə səbəb ola bilər”, – bəyanatda deyilir.

Bəyanatda fikirləri yer alan ICO komissarı Con Edvards, bu cür sosial media şirkətlərinin gətirdiyi texnologiya və yenilikləri alqışladıqlarını ifadə edərək, “Biz də bu şirkətlərin iqtisadiyyatımızda uğur qazanmasını istəyirik, lakin bu, uşaqların məxfiliyi bahasına ola bilməz. Mesajım sadədir. Sosial media və video paylaşma platformaları bu ölkədə fəaliyyət göstərməkdən faydalanmaq istəyirlərsə, məlumatların qorunması ilə bağlı qanunlara əməl etməlidirlər”, – deybi.

ICO həmçinin Reddit onlayn platforması və foto paylaşma saytı “Imgur”un uşaqların şəxsi məlumatlarından və yaş yoxlama üsullarından necə istifadə etdiyini araşdırmaq qərarına gəlib.

Seçilən
24
vaxt.az

1Mənbələr