AZ

Növbəti günlərdə zəif geomaqnit qasırğası gözlənilir

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı AstrofizikaRəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Trend-ə bildirilib ki, günəşin fəallığı qismənzəifləyib.

"Günəşin səthində ləkələrin sayı azalaraq 10 ləkə qrupunda 139ləkə müşahidə olunur.

Günəş küləyinin maksimal sürəti 829 km/san-dək artıb. Yerorbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT,radial istiqamətdə isə -10 nT olmuşdur. Hazırda Günəş küləyininsürəti 494 km/san planetlərarası maqnit sahəsinin maksimal qiymətiYer orbitində 7 nT, radial istiqamətdə isə 3.80 nT təşkil edir.

Avroraların müşahidə olunması ehtimalı yuxarı coğrafi enliklərdə25 faiz, orta coğrafi enliklərdə isə 1 faizdir.

Geomaqnit sahəsi –Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsiriilə martın 3-də qeyri-sabit olacaq, martın 4-5-də isə G1 (zəif)səviyyəli geomaqnit qasırğası gözlənilir",- məlumatda qeydedilib.

Seçilən
43
16
az.trend.az

10Mənbələr