AZ

Azərbaycanda ana azyaşlı qızına zülm etdi?: Görüntülər yayıldı

Azərbaycanda ananın övladına işgəncə verdiyi əks olunan videogörüntü yayılıb.

"Cebheinfo.az"  Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial media hesabında paylaşım edib.

Paylaşımda ana övladını küncə qoyub, şiddət göstərdiyini etiraf edir.

Videoda ana uşağını çubuqla döydükdə incitmədiyi üçün naqillə vurduğunu deyib. O, həmçinin qeyd edib ki, uşağın bədənində sağlam yer yoxdur.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.

Sözügedən görüntünü təqdim edirik:

 

"Cebheinfo.az" 

Seçilən
30
cebheinfo.az

1Mənbələr