“Əl-Nəssr”in futbolçusu Kriştiano Ronaldonun “Valensiya”nı almaq istəməsi ilə bağlı danışıqların detalları məlum olub. Metbuat.az xəbər verir ki, Ronaldonun “Valensiya”nı almaq istəməsi təsadüfi deyil. “Foot Mercato”nun məlumatına görə, Ronaldonun Valensiya”nın sahibi Peter Limlə sıx işgüzar əlaqələri var. Tərəflərin dost olduğu bildirilir. Bildirilir ki, Ronaldo klubun əksər hissələrini almaq istəyir. Tərəflərin dost olması danışıqları asanlaşdıra bilər. Ronaldonun "Valensiya"nı almasına Səudiyyə kral ailəsinə bağlı Səudiyyə investisiya fondlarının da maliyyə dəstəyi verəcəyi bildirilir. Məlumata görə, Peter Lim özü də Valensiya"nın səhmlərini satmaqda maraqlıdır. Qeyd edək ki, "Valensiya" hazırda La Liqada 18-ci yerdədir.