AZ

TUSAŞ ANKA-3-ün görüntüləri yayımlayıb

BAKI, TurkicWorld

Türk Aerokosmik Sənayesi (TUSAŞ) sınaq mərhələsində olan ANKA-3 pilotsuz uçuş aparatının (PUA) yeni görüntülərini ictimaiyyətlə bölüşüb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, TAİ tərəfindən hazırlanan ANKA-3 inventarlaşma mərhələsinə yaxınlaşır.

"Uçan qanad" dizaynına malik olan bu PUA aşağı radar görünürlüğü, yüksək sürət və ağır yükdaşıma qabiliyyəti kimi bir çox üstünlükləri ilə fərqlənir.

ANKA-3 ilk mühərrikini 2023-cü ildə işə salıb və 28 dekabr 2023-cü ildə ilk uçuşunu həyata keçirib.

TAİ-nin sosial media hesabında paylaşılan görüntülərlə yanaşı, "Günəşin doğuşu, qürubu, sonsuzluğu bizimdir" ifadələri də yer alıb.

ANKA-3-ün əsas xüsusiyyətləri olaraq, "Uçan qanad" dizaynı sayəsində radarlara qarşı üstünlük təmin edir. Digər pilotsuz təyyarələrlə müqayisədə daha sürətli hərəkət edir. Həmçinin, daha çox döyüş sursatı və avadanlıq daşıya bilir.

Seçilən
21
turkic.world

1Mənbələr