ABŞ meşə yanğınları ilə mübarizəni davam etdirir.
Meşə yanğınları ilə də mübarizə aparan ABŞ-nin Cənubi və Şimali Karolina ştatlarında şənbə günü başlayan meşə yanğınları 175 yerdə davam edir.
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Cənubi Karolinada 4200 hektar, Şimali Karolinada isə təxminən 500 hektar ərazi yanıb.
Səlahiyyətlilər, Cənubi Karolina ştatının Horri qraflığındaki "Myrtle Beach" turizm şəhərində davam edən meşə yanğınının Karolina Meşəsi yaxınlığındakı sakinləri təhdid etdiyini söyləyərək, sakinlərə çantalarını yığmaq və evakuasiya çağırılacağı təqdirdə təcili yardım planları hazırlamaq barədə xəbərdarlıq edib.
Cənubi Karolina Meşə Təsərrüfatı Komissiyasının məlumatına görə, "Myrtle Beach"-də sürətlə yayılan yanğın 1600 hektardan çox ərazini yandırıb.
Komissiya bazar günü axşam saatlarına olan məlumata görə, yanğının 30 faizinin nəzarət altına alındığını bildirib.
Fövqəladə Vəziyyət ELAN EDİLDİ