
Təhsil eksperti qeyd edib ki, dietologiya ixtisası da müasir dövrün tələblərinə uyğun olaraq əlavə olunub: “Qidalanma məsələləri günümüzdə önəmli mövzulardan biridir və cəmiyyətdə düzgün qidalanma və dietik qida məhsullarına olan tələbat artır. Bu sahədə mütəxəssis çatışmazlığı mövcuddur, buna görə də dietologiya üzrə təhsil verən ixtisasın tədrisi vacibdir. Bu ixtisası bitirən mütəxəssislər, düzgün qidalanma və dietik qida məhsullarının istifadəsi ilə bağlı cəmiyyətə peşəkar yardım göstərə biləcəklər”. Riyaziyyat və fizika müəllimliyi ixtisasının yaradılmasını təqdirəlayiq hesab edən R.Nurəliyev bildirib ki, əvvəlki illərdə bu ixtisaslar ayrı-ayrılıqda tədris olunurdu, amma indi onların birləşdirilməsi qərarı verilib: “Riyaziyyat və fizika bir-birini tamamlayan fənlər olduğu üçün bu iki fənnin bir müəllim tərəfindən tədris edilməsi təhsil sahəsində mühüm irəliləyişlərə səbəb olacaq. Bu, həm də müəllimlərin həm riyaziyyat, həm də fizika istiqamətində tədris etmələrini təmin edəcək. Yazılı mühəndislik ixtisası isə müasir dövrün ən tələblərindən biridir, amma təəssüf ki, bu ixtisas hələ əlavə olunmayıb. Yazılı mühəndislik, xüsusilə hava nəqliyyatı sahəsində, məsələn, insansız hava vasitələrinin (PUA), helikopterlərin, yəni hava nəqliyyatının idarə olunmasında mühüm rol oynayır. PUA-ların istehsalına və idarə edilməsinə dair tədris proqramlarının hazırlanması gərəkdir. Mən ümid edirəm ki, gələcək illərdə bu ixtisasın tədrisinə başlanacaq”. Onun fikrincə, kənd təsərrüfatı və kibertəhlükəsizlik sahələrində kompüter yönümlü ixtisasların əlavə edilməsi diqqət çəkicidir: “Müasir dövrün tələblərinə cavab verən ixtisasların tədrisi bir çox köhnəlmiş ixtisasların çıxarılmasını şərtləndirir. Çıxarılan ixtisaslar artıq müasir tələblərə uyğun olmayan sahələrdir. Lakin əlavə olunan yeni ixtisaslar dünya üzrə ehtiyac duyulan sahələrə yönəlmiş ixtisaslardır. Magistratura və doktorantura ixtisasları arasında da, xüsusilə kompüter yönümlü ixtisasların, kənd təsərrüfatı texnologiyalarının inkişafını nəzərə alaraq yeni istiqamətlərə meyil göstərilmişdir. Kənd təsərrüfatı sahəsində artıq yalnız ənənəvi üsullarla inkişaf mümkün deyil. Kənd təsərrüfatının texnologiyası, müasir texnoloji avadanlıqlardan istifadə edərək bu sahənin inkişaf etdirilməsi zəruridir. Bu səbəbdən kənd təsərrüfatının texnologiyası kimi yeni bir ixtisasın əlavə olunması vacibdir. Eyni zamanda kompüter yönümlü ixtisaslardan biri olan "Data analitikası" da vacib ixtisaslardan biridir. Data analitikası məlumatların saxlanması, idarə olunması və düzgün istiqamətləndirilməsini təmin edən bir sahədir. Magistratura və doktorantura ixtisaslarında müasir dövrün tələblərinə uyğun ixtisasların əlavə edilməsi, həm də dünya ilə ayaqlaşma və texnoloji inkişafı təşviq etmək məqsədi güdür”. Sevinc İbrahimzadə / Metbuat.az Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə hazırlanmışdır.