AZ

100 dollarlıq əsginaslarda Trampın rəsmi peyda ola bilər

Bakı.Trend:

ABŞ Konqresinin nümayəndələr platasında prezidenti DonaldTrampla bağlı qeyri-adi təklif irəli sürülüb.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, respublikaçı konqresmen BrendonCill Trampın hakimiyyətdən getməsindən sonra onun xatirəsininəbədiləşdirilməsi üçün şəklinin həkk olunduğu 100 dollarlıqəsginasların buraxılması təşəbbüsünü irəli sürüb.

“Prezident Tramp öz qızıl illərini qolf oynamaqla və ya ailəsiilə vaxt keçirməklə keçirə bilərdi. Bunun əvəzində isə o öz ölkəsinaminə özünü güllənin qabağına atır və sərhədlərimizintəhlükəsizliyi təmin olunsun deyə iş vaxtından artıq işləyir, bizimdünyanın qalan hissəsi ilə olan dolaşıq münasibətlərimizi qaydasınasalmağa, Amerikanı enerji baxımından yenidən müstəqil etməyəçalışır və mənasız xarici yardımları kəsməklə ölkəmizi hər şeydənönə qoyur", - o bildirib.

Qeyd edək ki, müvafiq qanun layihəsi qəbul olunarsa, Trampınrəsmini daşıyan əsginaslar artıq 2029-cu ildən etibarənburaxılacaq.

Məqalədə:
Seçilən
10
3
az.trend.az

4Mənbələr