AZ

Premyer Liqa: “Səbail” “Şamaxı”ya evdə uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış matçında “Səbail”lə “Şamaxı” komandaları üz-üzə gəliblər.

Bu, “Səbail”lə “Şamaxı”nın 26-cı dueli olub. Əvvəlki 25 oyunda “Səbail” 9, “Şamaxı” 7 qələbəyə sevinmişdi. 9 görüşdə də heç-heçə qeydə alınmışdı. “Səbail” son iki ev oyununda qalib gəlmişdi. “Şamaxı” son üç matçda qol vurmamışdı.

Autsayderlərin duelini Əliyar Ağayev idarə edib. Qonaq komanda 2 cavabsız qol sayəsində inamlı qələbəyə sevinib.

“Şamaxı” bu oyundan sonra 24 xalla 7-ci pilləyə yüksəlib. “Səbail” isə 18 xalla sonuncu pillədə qərarlaşıb.

Premyer Liqa
25-ci tur
3 mart

“Səbail” – “Şamaxı” 0:2
Qollar: Vasili Bakiç, 41. Andrey Tırkovyanu, 63.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 17:00.

Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 3. Dmitri Litvin, 7. Madi Keta 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 44. Amir Bilali, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç.
Baş məşqçi: Cavid Hüseynov.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Seçilən
101
15
arena.az

10Mənbələr