AZ

Türkiyə Qəzza zolağına humanitar yardımın dayandırılması ilə bağlı bəyanat yayıb

Rəsmi Ankara İsrailin bu qərarını qınayır.

İsrail Qəzzadakı atəşkəsin davamlılığın təmin olunmasının qarşısını alır.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin İsrailin Qəzza zolağına humanitar yardımı dayandırmasına dair yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, rəsmi Ankara İsrailin bu qərarını qınayır: “Bu, beynəlxalq hüququn pozulmasıdır. Qəzzaya humanitar yardımın ən qısa zamanda çatdırılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyət hərəkətə keçməli və İsrail öhdəliklərini yerinə yetirməlidir”.

Xatırladaq ki, İsrail martın 2-ə Qəzza zolağına humanitar yardımı dayandırıb.  

Seçilən
72
3
operativmedia.az

10Mənbələr