AZ

Ankarada sərnişin avtobusu beton səddə çırpılıb, 16 nəfər xəsarət alıb

Ankara, 3 mart, AZƏRTAC

Bazar ertəsi səhər Ankaranın Gölbaşı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 16 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, Adanadan paytaxta doğru hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək beton səddə çırpılıb.

Sərnişinlərdən beş nəfərin vəziyyəti ağırdır.

Hadisə baş verən əraziyə polis və tibbi briqadalar cəlb olunub.

Məlumata görə, qəza baş verən an avtobusda 32 sərnişin olub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
83
2
azertag.az

8Mənbələr