AZ

Duzlu yeməklərə olan həvəsin bilinməyən səbəbi açıqlandı

Duzlu yeməklərə olan həvəsin

Endokrinoloq, diyetoloq və psixoloq Anton Polyakov bildirib ki, duzlu qidalara həvəs xroniki stress səbəbindən yarana bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, o, “Arquments and Facts” nəşri ilə söhbətində izah edib ki, xroniki stress stressə uyğunlaşmadan məsul orqan olan böyrəküstü vəzilərin funksiyasını zəiflədir. "Və eyni natrium, ümumiyyətlə, duz, böyrəküstü vəzilərin funksiyasını stimullaşdıran vasitələrdən biridir, yəni qəbul edildikdə, stresə uyğunlaşma hormonlarının istehsalı bir qədər artır", - deyə ekspert aydınlaşdırdı.

Polyakov əlavə etdi ki, duzlu qidalara həvəs insan intensiv idmanla məşğul olarsa, tez-tez tərləyirsə, distillə edilmiş su içirsə və ya şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu dərmanlar qəbul edirsə - nəticədə orqanizmdə elektrolit balansının pozulması müşahidə oluna bilər. "Bu hallarda, natrium da daxil olmaqla, əsas elektrolitlər xaric olur və bədən bu elektrolit balansını doldurmağa çalışır, buna görə də duzlu qidalara ehtiras artır", - dedi diyetoloq.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
19
e-saglam.az

1Mənbələr