AZ

Terrorizmi təbliğ edəniki nəfər 7 il həbs

Qazaxıstanın Türküstan vilayətində ölkənin iki vətəndaşı terrorizmi təbliğ etməkdə və ekstremist təşkilatın fəaliyyətində iştirakda təqsirli bilinərək həbs olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Qazaxıstan bürosu Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Ötən ilin oktyabrında Jambil vilayətindən olan bir şəxs “Telegram”da “İslam uğrunda” adlı səhifə açıb və orada “Müsəlman qardaşları” və “Özbəkistan - İslam hərəkatı” beynəlxalq terror təşkilatlarının videolarını qeyri-qanuni şəkildə yayıb.

Dekabr ayında Türküstan bölgəsindən olan bir nəfər isə “WhatsApp” və “Facebook” vasitəsilə “Hizb ut-Təhrir” dini-ekstremist təşkilatının materiallarını dəfələrlə yayıb.

Dövlət ittihamçısı müttəhimlərin təqsirini sübuta yetirib və onlara həbs cəzası istəyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökm qanuni qüvvəyə minib.

Seçilən
18
avtosfer.az

1Mənbələr