ABŞ Konqresinin nümayəndələr platasında ölkə prezidenti Donald Trampla bağlı maraqlı təklif irəli sürülüb.
Publika.az xəbər verir ki, Trampın hakimiyyətdən getməsindən sonra onun xatirəsinin əbədiləşdirilməsi üçün şəklinin həkk olunduğu 100 dollarlıq əsginasların buraxılması təklif edilib. Bu təşəbbüslə respublikaçı konqresmen Brendon Cill çıxış edib.
Müvafiq qanun layihəsi qəbul olunarsa, Trampın rəsmini daşıyan əsginaslar artıq 2029-cu ildən etibarən buraxılacaq.