AZ

Moskvada metronu və sinaqoqu partlatmaq istədilər

Moskvada paytaxt metrosunda terror aktı və Moskva vilayətində sinaqoqda hücum hazırlayan terrorçu məhv edilib.

Editor.az bildirir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin mətbuat xidməti yazıb. Zərərsizləşdirilən yaraqlının Orta Asiya ölkələrindən birinin vətəndaşı olduğu üzə çıxıb. İdarə onun Rusiyada qadağan olunmuş terror təşkilatının üzvü olduğunu vurğulayıb.

Qeyd olunur ki, cinayətkar Moskva yaxınlığındakı sinaqoqda və metro stansiyalarından birində partlayışlar törətməyi planlaşdırıb. Məqsədlərinə çatmaq üçün o, partlayıcı qurğular hazırlayıb. Həmin şəxs terror aktlarını törətdikdən sonra Rusiyanı tərk etməyi, terror təşkilatının sıralarına qoşulmaq üçün Əfqanıstana getməyi planlaşdırıb.

İctimaiyyətlə Əlaqələr Mərkəzi aydınlaşdırıb ki, yaraqlı FSB əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə cavab atəşi ilə məhv edilib. Faktla bağlı iki maddə ilə cinayət işi açılıb: “Terror aktı törətməyə hazırlıq” və “Terror təşkilatının fəaliyyətində iştirak”.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
editor.az

1Mənbələr