"Səbail"in futbolçusu Qorka Laruçça əməliyyat olunacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXV turunda evdə "Şamaxı"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
32 yaşlı yarımmüdafiəçi ayağından əməliyyat olunacaq. İspaniyalı futbolçu Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə keçirdikləri "Sabah"la matçda zədələnib.
Qeyd edək ki, Qorka Laruçça 2024-cü ilin yayından "Səbail"də çıxış edir./Teleqraf
Telegram kanalımız