AZ

Gürcüstan MDB-nin bu sazişindən çıxdı

Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxıb.

Publika.az xəbər verir ki, bu barədə sərəncamı ölkənin Baş naziri İrakli Kobaxidze imzalayıb.

Sənəddə qeyd olunur ki, Gürcüstanın Xarici İşlər Nazirliyi sazişin ləğvi barədə dərhal prezidentə, parlamentə və MDB-nin rəhbər orqanına məlumat verməyə borcludur.

Qeyd edək ki, Gürcüstan 2009-cu ildə MDB-nin tərkibindən rəsmən çıxıb, lakin bəzi sazişlərdə iştirak etməyə davam edib.

Seçilən
23
7
publika.az

9Mənbələr