Goranboyda 16 yaşlı qız dəm qazından zəhərlənib.
Hadisə rayon mərkəzində baş verib. 2009-cu il təvəllüdlü rayon sakini Verdiyeva Rəvanə Ceyhun qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Zəhərlənən yeniyetmə qız təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Mənbə: unikal.az