AZ

Beynəlxalq Ədalət Məhkəməsinə yeni sədr seçildi

  Beynəlxalq Ədalət Məhkəməsinə yeni sədr seçilib.

Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, yaponiyalı hakim Yuji İvasava quruma rəhbərlik edəcək.

O, 2027-ci il fevralın 5-dək vəzifəsini icra edəcək. Y.İvasava bu vəzifədə livanlı hakim Nəvaf Salamı əvəz edib.

Salam yanvar ayında Livanın baş naziri olub, bundan sonra sədr vəzifəsindən istefa verib.

Qeyd edək ki, Yuji İvasava 2018-ci il iyunun 22-də məhkəmənin üzvüdür. O, əvvəllər Tokio Universitetində beynəlxalq hüquq professoru vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.  

Seçilən
28
2
referans.az

3Mənbələr