AZ

Nazir Emin Əmrullayev Türkiyənin bir neçə ali təhsil müəssisəsində olub – FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində bu ölkənin bir neçə aparıcı ali təhsil müəssisəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal və Koç Universitetinin rektoru Metin Sitti ilə görüşüb. Görüş çərçivəsində tərəflər universitetlərarası əməkdaşlıq perspektivlərini müzakirə edib. Həmçinin sözügedən universitetlərin maddi-texniki bazası və laboratoriyaları ilə tanışlıq olub.

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar və Yıldız Texniki Universitetinin rektoru Eyüp Debik ilə də görüşüb. Tərəflər Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Daha sonra nazir Emin Əmrullayev bu universitetlərin tədris şəraiti, maddi-texniki bazaları və laboratoriyaları ilə yaxından tanış olub.

DOĞRU.AZ

image-17410179934001657416_1200x630 image-17410179932440632428_1200x630 image-17410179936013964119_1200x630 image-17410179933688525375_1200x630 image-17410179935791516708_1200x630 image-17410179932364025033_1200x630 image-17410179931686229490_1200x630 image-17410179934337924366_1200x630 image-17410179935592925940_1200x630 image-17410179934995343913_1200x630 image-17410179932764648445_1200x630

Seçilən
79
12
dogru.az

10Mənbələr