AZ

COVID-dən sonra ilk dəfə: Pekin-Moskva sərnişin qatarı işə düşdü

Çin Dəmir Yolları COVID pandemiyasından sonra ilk dəfə olaraq Pekin-Ulan-Bator-Moskva sərnişin qatarını işə salıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, sınaq qatarı əvvəllər Rusiyada istifadə olunmayan Çin istehsalı olan vaqonlardan yığılıb. Qatar 12 vaqondan ibarətdir. Sınaqdan sonra bu qatarın müntəzəm reysi ilə bağlı qərar veriləcək.

Seçilən
32
1
publika.az

2Mənbələr