AZ

"AZINTELECOM" işçilər axtarır - VAKANSİYALAR

AZINTELECOM

IT Biznes Analitik

Son tarix 03 apr 2025 - [email protected]

Departament: Kommersiya/ Məhsul və xidmətlər şöbəsi/Analitika bölməsi

Vəzifə öhdəlikləri:

  • Biznes tələblərinin toplanması və təhlili
  • Biznes proseslərin təhlil edilməsi və optimallaşdırılması
  • Texniki tapşırıqların (texniki spesifikasiyaların) hazırlanması
  • User acceptance testlərinin (UAT) həyata keçirilməsi
  • Biznes performansını anlamaq və tendensiyaları müəyyən etmək üçün dataların təhlil edilməsi
  • Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işləmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Biznesin idarə edilməsi, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi)
  • Biznes təhlili alətləri ilə işləmə bacarığı (Microsoft Visio, Jira, Confluence, Draw io, Figma və digər.)
  • Layihə idarəetmə metodologiyaları haqqında məlumatlı olmaq (məsələn, Agile, Waterfall)
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi, IT layihələri üzrə ən azı 1 il iş təcrübəsi
  • Azərbaycan dili sərbəst; ingilis və rus dilləri - yaxşı
  • BA və  IT üzrə sertifikatlar üstünlükdür
  • Güclü analitik bacarıqlara sahib olmaq
  • Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı
  • Problemlərə kompleks və məntiqi yanaşma bacarığı
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı
  • Dəqiqlik və detallara qarşı diqqətlilik
  • Ünsiyyət və təqdimat bacarıqları
  • Komanda ilə işləmə bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, e-mail ünvanına göndərə bilərlər.

 

Pre-Sales Engineer (Satış öncəsi əməliyyatlar üzrə mühəndis)

 Son tarix 03 apr 2025 - [email protected]

Departament: Kommersiya/Satış

Vəzifə öhdəlikləri:

  • Müştəriyə data mərkəzinin ümumi iş prinsiplərinin şifahi olaraq izah edilməsi
  • Müştəriyə data mərkəzinin və SOC otağının təqdim edilməsi və gələn sualların cavablandırılması
  • Müştərinin cari infrastrukturu AzCloud-a daşınsa, onun faydalarının izah edilməsi
  • Müştəriyə AzCloud necə işləyir, əsas prinsiplərin izah edilməsi
  • Müştərinin cari infrastrukturun optimalladırılıması və AzCloud üçün texniki tapşırığın formalaşması
  • Demo infrastruktur yaradılması üçün lazım olan məlumatlarının müştəri ilə dəqiqləşdirilməsi
  • Demo infrastruktur yaradılması üçün lazım olan məlumatlarının SOC24 xidmətinə düzgün formada ötürülməsi
  • AzCloud idarəetmə panelində müştəri üçün "tenant" yaradılması və resursların ayırması
  • AzCloud idarəetmə panelində müştəri tenantında lazım olan layihə (project) yaradılması
  • SOC xidmətinin müştəri ilə arasında anlaşılmazlıq yarandıqda məsələlərin həll edilməsi
  • Müştərilərin demo infrastrukturların resurs baxımından hesabatların istifadə edilməsi və birbaşa müdriyyətə təqdim edilməsi
  • AzInTelecom satış mütəxəssisləri ilə daimi təmasda olması, xidmətlərin texniki işləmə prinsiplərin izah edilməsi
  • AzInTelecom satış mütəxəssislərin sorğusuna əsasən cari müştərinin aktual və ya ayrılan resurs kvotanın hesabatının hazırlanması
  • AzInTelecom satış mütəxəssisləri ilə birlikdə yeni müştəri ilə görüşməsi, texniki tərəfdən lazım olan məlumatların verilməsi
  • AzInTelecom satış mütəxəssislərin yeni müştəriyə hesablanacaq qiymət təklifində texniki tapşırığın düzgün formalaşmasının edilməsi
  • Hər ayın əvvəlində bəzi böyük infrastrukturlu müştərilərin aktual istifadə haqqında resurs hesabatının hazırlanması və satış mütəxəssislərinə göndərilməsi

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil
  • Şəbəkə və sistem inzibatçılığı üzrə biliklər
  • Bulud sistemləri ilə işlə təcrübəsi
  • Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi
  • Sis-admin və şəbəkə sertifikatları arzu olunandır
  • Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
  • Azərbaycan dili - səlis; rus dili - sərbəst;  ingilis dili- yaxşı 
  • Kommunikasiya və ünsiyyət qurmaq bacarıqları 
  • Komanda ilə işləmə bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, e-mail ünvanına göndərə bilərlər.

Seçilən
36
fed.az

1Mənbələr