AZ

"Bank Respublika ASC" işçilər axtarır - VAKANSİYALAR

Bank Respublika ASC

Kassir (Bakı şəhəri üzrə)

Son tarix 03 apr 2025 - Müraciət et

Təsvir

  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
  • Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
  • Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
  • Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.

Tələblər

  • Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
  • Yüksək ünsiyyət bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

 

Korporativ Müştəri Xidməti üzrə mütəxəssis Bakı filialları

 Son tarix 03 apr 2025 Müraciət et

Təsvir

  • Bankın korporativ müştərilərinə xidmət etmək, istiqamət üzrə tələb olunan bütün sənədlərin rəsmiləşdirilməsini aparmaq;
  • Əməliyyat proseslərini müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun icra etmək;
  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat vermək;
  • Çarpaz satış əməliyyatlarının həyata keçirilməsi və işin davamlılığını təmin etmək.

Tələblər

  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri arzuolunandır;
  • Təqdim olunan məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Operativ və çevik işləmə qabiliyyəti, məsuliyyətlilik;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandada işləmək bacarığı.

Vakansiya haqqında

  • Son tarix March 10, 2025
  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

 

Pərakəndə bankçılıq üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (Beyləqan filialı)

 Son tarix 03 apr 2025 Müraciət et

Təsvir

  • Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək;
  • Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
  • Bank kartları, Təcili Pul köçürmələri, əməliyyatlar aparmaq;
  • Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
  • Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
  • Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və
  • İngilis dili biliyi arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Vakansiya haqqında

  • Son tarix March 17, 2025
  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr
Seçilən
43
fed.az

1Mənbələr