Almaniyanın Mannheim şəhərində sürücü avtomobili insanların toplaşdığı izdihamın üzərinə sürüb.
BAKU.WS "Bild"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 25 nəfər yaralanıb. Alman mediası avtomobilin sürücüsünün saxlanıldığını bildirib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Polis terror şübhəsini də istisna etmir. Araşdırmalar aparılır.