AZ

Psixopatların ortaq fiziki özəlliyi aşkarlandı - Əllərdə buna diqqət!

Psixopatların ortaq fiziki özəlliyi aşkarlandı -

Psixopatlar adətən antisosial davranışları və manipulyasiya qabiliyyətləri ilə tanınsalar da, araşdırmalar onların ortaq fiziki xüsusiyyətə malik olduğunu göstərir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kanadalı tədqiqatçı Robert D. Hare tərəfindən hazırlanan Psixopatiya Ölçüsü Yenidən İşlənmiş (PCL-R) testi psixopatları müəyyən etmək üçün istifadə olunur. Lakin yeni tədqiqatlar barmaq uzunluğunun da şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli ola biləcəyini ortaya qoyub.

2D:4D nisbəti və psixopatiya

“Journal of Psychiatric Research”də dərc olunan araşdırmaya görə, psixopat diaqnozu qoyulmuş şəxslərin üzük barmağı şəhadət barmağından daha uzun olur. Bu nisbət (2D:4D nisbəti) ana bətnində testosteron hormonunun səviyyəsi ilə əlaqələndirilir.

İdman alimi Dr. Ben Serpellin sözlərinə görə, 2D:4D nisbəti prenatal dövrdə formalaşır və testosteronun yüksək olması aqressiv davranış meylləri ilə bağlıdır. Bu göstərici kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir və dominant xarakterin göstəricisi hesab edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
34
2
e-saglam.az

3Mənbələr