Bakı. Trend:
Azərbaycan bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığınımilli prioritetlərə uyğun davam etdirəcək.
Trend xəbər verirki, bu barədə 3 mart 2025-ci il tarixində xarici işlər naziriCeyhun Bayramov ölkəmizdə səfərdə olan BMT-nin İnkişafıƏlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regionaldirektoru Qui-Yeop Sonu qəbul edərkən bildirilib.
Azərbaycan Respublikasının BMT ilə əməkdaşlıqdakıprioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-ninresurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidənnəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları iləbundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildəlayihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyimüqabil tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyətöhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqədar, dövrün tələblərinəuyğun olaraq, BMT ilə əməkdaşlıqda BMT-nin Məskunlaşma Proqramı,BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar iləəməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə dəgələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahlarıilə işləməklə davam etdiriləcəyi qeyd olunub.