AZ

“Qalatasaray”da böhran -

Səfərdə “Kasımpaşa” ilə 3-3 bərabərə qalaraq çempionluq uğrunda iki xal itirən “Qalatasaray”da Carlos Cuesta ilə bağlı böhran yaşanır. Metbuat.az xəbər verir ki, bu il heyətə daxil olan Yakobs, Kuesta və Jelertin çıxışı tənqidlərə məruz qalıb. Bildirilir ki, “Qalatasaray” 3 futbolçuya transfer üçün 26 milyon avro ödəyib. 5 mövsümlük müqaviləsi üçün Jelert ilk ildə 900 min avro maaş alacaq və hər mövsüm 100 min avro artım olacaq. Fiziki vəziyyəti müzakirə olunan Jelert ilk 11-də yer almaqda çətinlik çəkib. Tənqid olunan digər futbolçu Kuesta üçün “Qalatasaray” 8 milyon avro ödəyib. 3,5 illik müqavilə imzalayan kolumbiyalı futbolçuya illik 1,5 milyon avro maaş veriləcək.

“Kasımpaşa” matçında oyuna sonradan daxil olan Kuesta penaltiyə səbəb olub. Meydan sahiblər penaltini dəqiq yerinə yetirərək, hesabı 3-3 edib.

Seçilən
62
43
metbuat.az

10Mənbələr