AZ

“Nə Rusiya, nə də Ukrayna olmadan həll yolu tapılmayacaq” – Ərdoğan

“Ukraynada nizamlanma həm Kiyevin, həm də Moskvanın yalnız iştirakı ilə həyata keçirilə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ənənəvi Ramazan iftar süfrəsi münasibətilə səfirlər qarşısında çıxışı zamanı deyib.
“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam etsək də, nə Rusiya, nə də Ukrayna olmadan mümkün həll yolunun tapıla bilməyəcəyinə inanırıq”, - ölkə başçısı deyib.
Ərdoğan əlavə edib ki, üç il davam edən münaqişə ərzində Ankara “yanğına yağ tökmədən Ukrayna böhranının həllini tapmağa çalışıb”.
Seçilən
39
yeniavaz.com

1Mənbələr