"Beşiktaş" klubu loqosunu yeniləyib.

Offsideplus.az xəbər verir ki, loqodakı türk bayrağı böyüdülüb. Loqodakı bayrağın qırmızı rəngi Türkiyə bayrağındakı ilə eyni tona gətirilib. Emblemin kənarındakı qara xətlər qalınlaşdırılıb. "B", "J" və "K" hərfləri eyni ölçüyə, "1", "9", "0", "3" rəqəmləri də eyni qalınlığa gətirilib.