ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya-Ukrayna böhranının həlli, o cümlədən Ukraynaya hərbi yardımın mümkün dayandırılması ilə bağlı görüş keçirəcək.
“Report” xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
İddiaya görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri (Pentaqonun rəhbəri) Pit Heqset, milli təhlükəsizlik müşaviri Mayk Vals və digər yüksək vəzifəli şəxslər iştirak edəcəklər.