"Donald Tramp Ukrayna siyasətinə qarışmır"
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki qızğın görüşdən sonra Ukrayna lideri Volodimir Zelenskinin istefasını istəmir.
Operativ Media xəbər verir ki, bunu CNN-a müsahibəsində ABŞ-nin ticarət naziri Hovard Lutnik bildirib.
"Xeyr, Donald Tramp Ukrayna siyasətinə qarışmır", - Lutnik Trampın Zelenskinin istefasını istəməsi ilə bağlı sualına belə cavab verib.
O bildirib ki, Trampın əsas məqsədi sülh qurucusu olmaqdır.