AZ

İslam ölkəsinin BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olması zərurətdir - Ərdoğan

Bakı. Trend:

Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitəuyğunlaşmasının vaxtı çoxdan çatıb.

Trend xəbər verir ki, bu barədə TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə birgə iftar proqramındadeyib.

Onun sözlərinə görə, dünya əhalisinin dörddə birini təşkil edənmüsəlmanlar qərar vermə proseslərində layiq olduqları şəkildətəmsil olunmalıdırlar.

“BMT Təhlükəsizlik Şurasında veto hüququ olan bir İslamölkəsinin olması indi tələbdən daha çox zərurətdir”, - deyəprezident vurğulayıb.

"Biz görürük ki, 5 daimi üzv hakimiyyəti ədalət əsasında bölməkəvəzinə, hakimiyyəti cəmləşdirərək problemlərin qarşısını almağaçalışır. Unutmayaq ki, bu dəyişiklik dalğasına qarşı durduqcaproblemlərimizin sayı və miqyası daha da artacaq", - deyə Türkiyəprezidenti qeyd edib.

Seçilən
58
2
az.trend.az

3Mənbələr