AZ

Barselonada avtobusun toqquşması nəticəsində 30-dan çox insan xəsarət alıb

Barselonada iki avtobusun toqquşması nəticəsində azı 34 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə Kataloniya fövqəladə hallar xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Zərərçəkənlərdən dördünün vəziyyəti ağırdır. Onlar xəstəxanalara aparılıb.

Hadisənin səbəbləri hələlik aydınlaşdırılmayıb. Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Seçilən
29
2
report.az

2Mənbələr