AZ

Papanı yenidən süni nəfəs aparatına qoşdular


İki həftədən çox əvvəl xəstəxanaya yerləşdirilən Papa Fransisk yenidən süni nəfəs aparatına qoşulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Bildirilib ki, tənəffüs çatışmazlığı epizodlarına endobronxial mucusun əhəmiyyətli dərəcədə yığılması və sonrakı bronxospazm səbəb olub%
“O, bronxoskopiyadan keçib və sonra qeyri-invaziv mexaniki ventilyasiyaya qoşulub. Papa bütün müddət ərzində şüurlu qalıb”.
Xatırladaq ki, Papa fevralın 14-də bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin sonradan vəziyyəti pisləşib və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Martın 1-də Fransisk bronxospazm tutmasından sonra süni nəfəs aparatına qoşulub, lakin bir gün sonra vəziyyəti yaxşılaşıb.
Seçilən
46
yeniavaz.com

1Mənbələr