AZ

ÇL: "Real"ın ulduzu Madrid derbisini buraxa bilər

"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko Madrid"lə ilk oyunöncəsi məşqi buraxacaq. 

Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb. 

Xəbərə görə, uruqvaylının əzələsində problemlər davam edir və bu səbəbdən o, fərdi proqram üzrə məşq edir.

Futbolçu bir aydan artıqdır ki, bud nahiyəsində diskomfort hiss edir. Onun matçda iştirakı ilə bağlı qərar sabah səhər veriləcək. 

“Real” və “Atletiko” arasında ilk görüş martın 4-dən 5-nə keçən gecə baş tutacaq. 

Valverde bu mövsüm 40 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
12
fanat.az

1Mənbələr