Xəbər verdiyimiz kimi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb.
Viral.az-ın məlumatına görə, səsyazısı ictimailəşən direktor bu gün işdən azad olunub.
Maraqlısı isə budur ki, sözügedən məktəbin giriş qapısında 8 Mart üçün müəllimlərə dəyərli hədiyyələrin verilməsinin qadağan olduğunu bildirən elan yazılıbmış.
Son Yazılar:
- Müəllimlərə qadağa qoydu, özü əməl etmədi
- Bu Zelenskinin verə biləcəyi ən pis bəyanatdır
- Ağ Ev Rusiyaya qarşı sanksiyaları ləğv etmək planlarını öyrənir
Üstəlik, elə direktor Lamiyə İlhamsoyun möhür və imzası ilə.
Məsələnin təzadlı tərəfi isə budur ki, direktor müəllimlərə qoyduğu qadağaya özü əməl etməyib.
Yayılan səsyazıdan aydın olduğu kimi, L. İlhamsoy ona yığılan pullardan narazılığını dönə-dönə dilə gətirərək və pedaqoji heyəti təhqir edib.
Ətraflı: “Xəzər Xəbər”in videomaterialında: