AZ

Conatan Ta "Bayer Leverkuzen"lə bağlı qərarını verdi

"Bayer Leverkuzen"in futbolçusu Conatan Ta gələcək karyerası ilə bağlı qərarını qətiləşdirib. 

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin klubu ilə müqavilə yeniləmək istəyi tərəflərin fikir ayrılığı səbəbindən baş tutmayıb.

Mənbə danışıqların dayandırıldığını, Conatanın bu yay "əczaçılar"dan ayrılmaq niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm "Bayer"in heyətində bütün turnirlərdə 36 matça çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023/2024 mövsümündə Almaniya Bundesliqasında çempionluq sevinci yaşayıb.

Seçilən
11
fanat.az

1Mənbələr