AZ

Yerə meteor yağışı düşə bilər

Bunun Ayın asteroidlə toqquşmasından sonra baş verəcəyi ehtimal edilir

YR4 asteroidinin Ay ilə toqquşması planetimizdə meteor yağışına səbəb ola bilər.

Bunu Rusiya Elmlər Akademiyasının Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun elmi işçisi, astronom Leonid Yelenin deyib.

“TASS” agentliyinə müsahibəsində o, 2032-ci ilin dekabrında baş verə biləcək hadisələrin belə inkişafı ehtimalının hazırda alimlər tərəfindən 1% qiymətləndirildiyini və getdikcə azaldığını açıqlayıb.

"Bu toqquşma Yer üçün təhlükəli ola bilər, çünki orada güclü partlayış baş verərsə, təxminən 8 meqaton enerji buraxılacaq. Ayda atmosfer yoxdur, cazibə qüvvəsi azdır, ona görə də atılan bütün tullantılar sonda planetimizə düşə bilər", - Yelenin bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Amerikanın “NASA” Kosmik Agentliyi YR4-ün Yerlə toqquşma ehtimalını 3,1%-ə çatdırmışdı. Daha əvvəllər isə NASA bildirmişdi ki, YR4 planetimizlə toqquşma ehtimalı 1%-dən çox olan yeganə məlum asteroiddir.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
15
ikisahil.az

1Mənbələr