AZ

“Neftçi”nin baş məşqçisi: “Komandamla fəxr edirəm”

"Bugünkü oyun bizim üçün çox vacib idi. A qrupunda ilk üç yer üçün mübarizə aparırdıq".

Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin basketbol komandasının məşqçisi Daviti Çivçivadze deyib.

O, Azərbaycan Basketbol Liqasında "Naxçıvan"a üzərində qazanılan 114:70 hesablı qələbəni şərh edib:

"Bu qarşılaşma bizə müdafiədə aqressivliyin və hücumda komanda oyununun vacibliyini bir daha göstərdi. Öz komandamla fəxr edirəm və layiqli qələbə münasibətilə bütün oyunçularımı təbrik edirəm. Biz bu tempdə davam etməliyik. Eyni zamanda, səhvlərimizin üzərində çalışmalıyıq. Rəqib çox güclü komandadır. Ancaq biz bu gün əla müdafiə olunduq və öz xarakterimizi ortaya qoyduq. Nəticədə rəqibimiz üzərində böyükhesablı qələbə qazandıq."

Qeyd edək ki, "Neftçi" mövsümdə 8-ci qələbəsini qazanıb.

 

“Lənkəran”ın baş məşqçisi: “Təəssüf ki, bunu bacarmadıq”

Bedri Meriç: "İstədiyim performansı görə bilmirəm"

ABL: Üç dövrədən sonra "A" və "B" qruplarına region klubları başçılıq edir

ABL: XV tura yekun vurulacaq

“Şəki” kapitanı ilə yollarını ayırdı

Seçilən
8
3
apasport.az

4Mənbələr